İspaniya polisi 21 ton kokain ələ keçirdi - VİDEO

İspaniya polisinin Ekvador hakimiyyəti ilə birgə narkotik qaçaqmalçılığı şəbəkəsinin qarşısını almaq üçün aparılan çoxillik araşdırma nəticəsində 44 nəfər həbs olunub və 21 ton kokain müsadirə edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İspaniya Mülki Qvardiyası açıqlama verib. Açıqlamada bildirib ki, Ekvador Milli Polisi ilə birlikdə Evropol tərəfindən idarə olunan əməliyyat Dubaydakı investorlar tərəfindən maliyyələşdirilən və Cənubi Amerikadan İspaniyaya narkotik maddələri daşıma konteynerlərində qaçaqmalçılıq edən şəbəkəni hədəf alıb.

Mülki Qvardiyanın məlumatına görə, ilk həbslərlə 2025-ci ilin mart ayında Ekvador polisi 36 şübhəlini saxlanıb və həmin ölkədə təxminən 50 əmlaka basqın edilib.

İspaniya polisi İspaniyadakı əmlaklara basqınlar zamanı səkkiz şübhəlini həbs edərək 1 milyon avro (1,15 milyon dollar) müsadirə edib.

Qaçaqmalçılar narkotikləri əsasən Quayakil limanından daşınan kommersiya mallarının arasında gizlədiblər.

Ekvadordakı qaçaqmalçılar narkotikləri, tez-tez bananların arasında gizlətmək üçün Avropaya kommersiya daşımalarından istifadə edirlər. 

Stopnarkotik.az