Mingəçevir şəhərində, Qarabağ suvarma kanalında 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Stopnarkotik.az