Özəkistanın Daşkənd bölgəsində yerləşən “Nəvai” gömrük məntəqəsində gömrük işçiləri ölkədən qanunsuz şəkildə qiymətli əşyalar aparmağa çalışan iki nəfəri saxlayıblar.
Məlumata görə, hər iki şəxs qadağan olunmuş əşyaları gizlətmək üçün öz uşaqlarından istifadə ediblər.
Birinci halda qadının üzərində iki qızıl külçə tapılıb. Qızıllar körpə uşağın alt paltarının içində gizlədilib. Həmçinin ümumi dəyəri təxminən 450 milyon özbək pulu olan bildirilməmiş zinət əşyaları da aşkarlanıb.
İkinci halda isə bir kişi 40 min ABŞ dollarını 14 yaşlı qızının paltarının altında gizlədərək ölkədən çıxarmağa çalışıb.
Hər iki hadisə ilə bağlı gömrük orqanları araşdırma aparır. Götürülən qiymətli əşyalar yoxlanış üçün göndərilib və hadisənin necə baş verdiyi araşdırılır.
Stopnarkotik.az