50,6 KİLOQRQAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - Əməliyyat + AUDİO

İyunun 3-də ümumi çəkisi 50,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 220 ədəd, yabanı halda bitmiş 1,6 ton çəkidə 16300 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.