Türkiyədə təqaüdddə olan polis oğlunu silahla vurdu - VİDEO

Türkiyənin Adana şəhərində təqaüddə olan polis məmuru 52 yaşlı Faruk Kayhan narkotik asılısı oğlunu silahla atəş açaraq öldürüb.

Oğlu narkotik üçün pul istəyən zaman atasının imtina etməsi nəticəsində mübahisə başlayanda Ahmet Kaan Kayhan bıçaqla hücum edib,  sonra qətl hadisəsi baş verib.

Oğlunun cəsədinin yanında gözləyən Faruk Kayhan polisə zəng edərək təslim oldu. Hadisə mobil telefonla lentə alınıb. 

Stopnarkotik.az