Bakı şəhəri Xəzər rayonu, aeroport şosesində yol-nəqliyyat qəzası baş verib. Qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib, qəza nəticəsində həyatını itirmiş sürücü, İmanov Mansur Güləxan oğlunun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Stopnarkotik.az