Qara dənizdə iki tankerə edilən hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib.
Bu barədə CNN Türk məlumat yayıb.
Əməliyyatda istifadə olunan silahlı pilotsuz dəniz vasitələri (SİDA) müasir müharibənin hansı mərhələyə çatdığını bir daha göstərib.
Mütəxəssislər hücumun hədəfinin Rusiyanın “Həyalət donanması” olduğu barədə həmfikirdir.
Ukrayna Təhlükəsizlik Xidməti hücuma dair görüntüləri paylaşaraq əməliyyatda yeni hazırlanan “Sea Baby” adlı SİDA silahlarından istifadə edildiyini açıqlayıb.
***
01:25
Türkiyə Xarici İşlər Nazirliyi noyabrın 28-də Qara dənizdə Qambiya bayraqlı “KAIROS” və “VİRAT” ticarət tankerlərinə edilən hücumlarla bağlı narahatlığını ifadə edib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib:
“Biz dünən (28 noyabr) Qara dənizdə Qambiya bayraqlı “KAIROS” və “VİRAT” ticarət tankerlərinə edilən hücumlardan narahatıq.
Qara dənizdəki Eksklüziv İqtisadi Zonamızda baş vermiş bu hadisələr gəmiçilik, həyat, əmlak və ətraf mühitin təhlükəsizliyi üçün ciddi risklər yaradır.
Qara dənizdə müharibənin yayılmasının və daha da genişlənməsinin qarşısını almaq, ölkəmizin iqtisadi maraqlarına və regiondakı fəaliyyətlərinə mənfi təsirlərin qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqə saxlamağa davam edirik”- paylaşımda deyilir./apa