“Tramp marşrutu” üçün Ermənistan-ABŞ birgə şirkəti yaradılacaq - PAŞİNYAN AÇIQLADI

“Tramp marşrutu” üçün Ermənistan-Amerika birgə şirkəti yaradılacaq.

Stopnarkotik.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, burada Ermənistan strateji əhəmiyyətli məsələlərdə həlledici səsə malik olacaq.

Paşinyan TRIPP-in idarəçiliyi üzrə ABŞ-la 49 və ya 99 illik icarə müddətinin müzakirə olunduğunu bildirib.