Nəsimidə avtomobildən külli miqdarda pul və maqnitofon oğurlandı - KEÇMİŞ MƏHKUM TUTULDU

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayon sakininə məxsus VAZ-2106 avtomobilindən 2 800 manat nağd pul və maqnitofon oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı O.Soltanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.