TRAMP İRANIN HEYFİNİ NATO-dan ALACAQ? - Qəzəbli paylaşım etdi və Qrenlandiyanı xatırlatdı

ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə qapalı keçirilən görüşdən sonra “Truth” sosial şəbəkəsindəki hesabında qəzəbli paylaşım edib.

O, bir daha bildirib ki, NATO ehtiyacları olan vaxtı ABŞ-ni da dəstəkləməyib.

“NATO bizə ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenə ehtiyacımız olarsa, olmayacaq. Qrenlandiyanı xatırla, o böyük, pis idarə olunan buz parçasını!!!”, – Prezident bildirib.

Rutte isə  CNN-ə açıqlamasında görüşü “iki yaxşı dost arasında səmimi və açıq müzakirə” kimi təsvir edib və Trampın məyusluğunu başa düşdüyünü bildirib.

O, Avropa ölkələrinin ABŞ-yə müxtəlif yollarla - logistika, uçuşlar və baza dəstəyi məsələlərində kömək etdiyini vurğulayıb.

Rutte Trampın NATO-dan çıxmaq niyyətini açıq şəkildə şərh etməsə də, Avropanın böyük bir hissəsinin İranın “xaos ixracı” qabiliyyətinə qarşı ABŞ-ni dəstəklədiyini bildirib.