Paytaxtda cibgirlik edən keçmiş məhkum ələ keçdi

Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən əvvəllər məhkum olunan 37 yaşlı Z.Kəlfəliyevi saxlayıb.

Stopnarkotik.az xəbər verir ki, onun Xəzər rayonunda bir vətəndaşa məxsus içərisində 650 manat və bank kartı olan pul kisəsini ələ keçirdiyi məlum olub.

Həmin şəxsin digər analoji əməllərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.