Sakit okeanda gəmilərə qarşı ABŞ tərəfindən həyata keçirilən son hücumlar nəticəsində "narkoterrorçu" kimi müəyyən edilən beş nəfər həyatını itirib.
ABŞ-nin Latın Amerikası və Karib hövzəsi üzrə hərbi komandanlığı (U.S. Southern Command, SOUTHCOM) "X" sosial şəbəkəsində endirilən aviazərbələrin videogörüntülərini paylaşıb.
ABŞ hərbçilərinin verdiyi açıqlamaya görə, aprelin 11-də Sakit okeanı sularında narkotik ticarəti ilə məşğul olduğu ehtimal edilən iki qayığa zərbələr endirilib. Birinci hücumda iki nəfər ölüb, bir nəfər sağ qalıb, ikinci zərbə nəticəsində isə daha üç nəfər həlak olub.
"SOUTHCOM" iddia edir ki, bu əməliyyatlar hərbi məlumatlara əsasən 2025-ci ilin sentyabr ayından bəri davam edən narkotik alverinə qarşı mübarizə kampaniyası çərçivəsində baş tutur. Hesablamalara görə, əməliyyatlar başlayandan bu yana Sakit okean və Karib dənizi sularında ən azı 168 nəfər öldürülüb.
Applying total systemic friction on the cartels.
On April 11, at the direction of #SOUTHCOM commander Gen. Francis L. Donovan, Joint Task Force Southern Spear conducted two lethal kinetic strikes on two vessels operated by Designated Terrorist Organizations. Intelligence… pic.twitter.com/sRXTFYCWXu
— U.S. Southern Command (@Southcom) April 12, 2026