Körpü üzərindəki sərhəd keçid məntəqəsində 605 min dollarlıq kokain müsadirə edilib.
Hadisə ABŞ-Meksika sərhəddində baş verib.
Texas ştatının Farr şəhərindəki Hidalgo Giriş Limanında Gömrük və Sərhəd Xidmətinin zabitləri sərnişin nəqliyyat vasitəsinin içərisində gizlədilmiş 605.000 dollardan çox dəyərində kokain müsadirə ediblər. Liman direktoru Karlos Rodriges müsadirəni zabitin bacarığı və keçiddə tətbiq olunan texnologiya ilə əlaqələndirib.
Farr Beynəlxalq Körpüsü Rio Qrande Vadisindəki ən işlək kommersiya keçidlərindən biridir və ən çox istismar edilən keçidlərdən biridir. Rodrigesin sözlərinə görə, sərnişin avtomobilindəki 605 min dollarlıq narkotik yükü kartelin 1-ci sinif logistikası deyil, sərhəd əməkdaşlarının necə yoxlanış aparmasını araşdırmaq üçün hazırlanmış sınaq yaxud qurban yüküdür. Narkokartellər bu üsulla gömrük və sərhəd zabitlərinin yükləri necə yoxladıqlarına əmin olmaq istəyirlər ki, nəhəng həcmli narkotik partiyalarını müsadirədən sığortalasınlar.
Stopnarkotik.az