Türkiyədə İsrailin İstanbuldakı Baş konsulluğu yaxınlığında silahlı hücum həyata keçirmiş şəxslərin İŞİD terrorçu qruplaşmasının üzvləri olduğu məlum olub.
Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi qanlı insidentdə iştirak edən şəxslərin qardaş olduqlarını və İstanbula İzmitdən gəldiklərini söyləyib.
“Müəyyən edilən şəxslərdən birinin dini istismar edən təşkilatla (İŞİD) əlaqəsi olduğu, ikisi qardaş olan terrorçulardan birinin isə narkoloji dispanserdə qeydiyyatda olduğu müəyyən edilib”, -deyə o bildirib.
Türkiyə mediasında terrorçuların adları Onur Ç., Enes Ç. və Yunus E.S. kimi açıqlanıb. Hücumla bağlı geniş araşdırma aparılır.
***
Türkiyədə İsrailin İstanbuldakı Baş Konsolluğu qarşısında baş vermiş qanlı silahlı toqquşmanın bəzi təfərrüatları məlum olub.
Bu barədə Türkiyə KİV xəbər verir.
NTV telekanalının məlumatına görə, atışma 10 dəqiqə çəkib və şübhəlilər əraziyə taktiki- kamuflyaj geyimdə avtomat silahlarla daxil olublar.
İstanbul valisi Davut Gül isə insidentlə bağlı bildirib ki, şəxsiyyətin müəyyənləşdirilməsi üzrə işlər davam edir. Bu, təxribat xarakterli hərəkət kimi təəssürat yaradır.
"Ərazidə iş yerləri var, arxa tərəfdə konsulluq yerləşir və təxminən 2,5 ildir fəaliyyətdə deyil. Heç bir diplomatik əməkdaşı yoxdur. "Yapı Kredi" qarşısında baş verən hadisəni araşdırırıq. Bir hücumçu zərərsizləşdirilib. İki hücumçu yaralı vəziyyətdə ələ keçirilib",- o bildirib.
***
İstanbulda Yapı Kredi Plaza binasının qarşısında 3 silahlı şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.
Bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hücumu törədən 3 nəfərin zərərsizləşdirilib, ikisi hadisə yerində ölüb, biri isə ağır yaralanıb. Atışma zamanı iki polis yüngül yaralanıb.
"İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”, - deyə nazir terrorçuların kimliyini açıqlayıb.
***
Türkiyənin Ədliyyə naziri Akın Gürlek, İstanbulda İsrail Konsulluğu ətrafında baş verən atışma ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən istintaqın başladıldığını bildirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri "X" hesabında yazıb.
“İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail Konsulluğu ətrafında baş verən silah səsləri ilə bağlı daxil olan məlumatlara əsasən, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən dərhal istintaq başlanılıb.
İstintaq çərçivəsində bir baş prokuror müavini və iki prokuror təyin edilmiş; prokurorlarımız təcili şəkildə hadisə yerinə gələrək araşdırmalara başlanıb.
Hadisənin bütün tərəfləri ilə aydınlaşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə işlər davam etdirilir və istintaq diqqətlə və çoxşaxəli şəkildə aparılır”,- məlumatda qeyd olunur.
***
İstanbulda İsrail konsulluğunun yerləşdiyi binanın qarşısında silahlı atışma olub.
Stopnarkotik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən atışmada 3 terrorçu zərərsizləşdirilib, 2 polis əməkdaşı yaralanıb.
Hadisə ilə bağlı istintaq başlanıb.