Alimlər yeni növ nəhəng furtivovirus aşkar ediblər. O, görünməmiş şəkildə yayılır.
Furtivovirus aralıq strategiyadan istifadə edir. Hüceyrəyə daxil olduqdan sonra o, hüceyrənin nüvəsini məhv edir, hüceyrənin mexanizmlərindən yararlanır və nüvədən qalan maye mühitdə çoxalmağa başlayır. Bu cür hal əvvəl ki, viruslarda müşahidə olunmayıb.
“Bu kəşf genom təkamülünün mürəkkəbliyini bir daha göstərir və sübut edir ki, nəhəng viruslar qeyri-müəyyən ətraf mühit şəraitinə uyğunlaşmaq üçün genomlarının ümumi həcmini artıra, eyni zamanda əsas genlərinin sayını azalda bilirlər. Bu isə viruslar aləminin müxtəlifliyini formalaşdıran təkamül amillərinin daha yaxşı başa düşülməsinə yeni imkan yaradır”, - alimlər bildiriblər. Hesab olunur ki, viruslar hüceyrə daxilində nüvələrin formalaşmasında rol oynamış ola bilər./lent.az