19,8 KQ MARİXUANA, 1,1 KQ HEROİN, 2,4 KQ TİRYƏK... - Gün ərzində 24,6 kiloqram narkotik ələ keçirilib / AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 9-da ümumi çəkisi 24,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqramdan artıq heroin, 19,8 kiloqramdan çox marixuana, 2,4 kiloqramdan çox tiryək, 1,3 kiloqrama yaxın metamfetamin və 253 ədəd yüksək təsiredici xassəyə malik həb olub.