"Müctəba Xamenei huşsuz vəziyyətdədir" - SENSASİON İDDİA

İranın Ali Rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Amerika və İsrail kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirməyə görə, İranın ali lideri dini şəhər Qumda müalicə alır. Məlumatda iddia edilir ki, onun vəziyyəti ağırdır.

Fars körfəzindəki müttəfiqlərə təqdim olunan və "The Times" qəzetinin əlinə keçən diplomatik qeyddə onun vəziyyətinin əvvəl düşünüldüyündən daha kritik olduğu öz əksini tapıb.

"Müctəba Xamenei Qumda ağır vəziyyətdə müalicə olunur və rejimin hər hansı bir qərar qəbuletmə prosesində iştirak etmək imkanında deyil", - deyə açıqlamada qeyd olunub.