ABŞ ordusu narkotik daşıyan daha bir gəmini vurdu - İKİ NƏFƏR ÖLDÜ

ABŞ Silahlı Qüvvələri narkotik maddələrin daşınmasında istifadə olunduğu ehtimal edilən gəmiyə hücum edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində iki nəfər həlak olub.

"SOUTHCOM komandanı Frensis Donovanın əmri ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu aprelin 13-də gəmiyə zərbə endirib... Kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Sakit okeanın şərq akvatoriyasında narkotik vasitələrin məlum qeyri-qanuni daşınma yolları ilə hərəkət edib və narkotrafik məqsədilə istifadə olunub".

Bildirilib ki, əməliyyat zamanı Amerika hərbçiləri xəsarət almayıb.