SEPAH ABŞ gəmisinə zərbə endirdi

İran Silahlı Qüvvələri ABŞ-nin “USS Tripoli” (LHA-7) desant helikopterdaşıyan gəmisinə zərbə endirərək, onu Fars körfəzinin cənub sularına doğru çəkilməyə məcbur edib.

Bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Göyərtəsində 5 mindən çox dənizçi və dəniz piyadasının olduğu ABŞ ordusunun “LHA-7″ desant helikopterdaşıyan gəmisi də iti və ildırımsürətli zərbələrə məruz qalıb. Bundan sonra o, Hind okeanının cənub hissəsinin dərinliklərinə geri çəkilməyə məcbur olub”, – məlumatda bildirilib.

SEPAH daha əvvəl İsraillə əlaqəli olan “SDN7” konteyner gəmisinə zərbələr endirildiyini açıqlamışdı.