Quba sakini həmkəndlisi tərəfindən bıçaqlandı

Qubada 50 yaşlı kişi bıçaqlanıb.

Hadisə aprelin 13-də rayonun Tülər kəndi ərazisində qeydə alınıb. Kənd sakini - 52 yaşlı Vasif Dadaşov münaqişə zəminində qonşusu olan 50 yaşlı Savalan Şeydayevi bıçaqlayıb.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Araşdırma aparılır.