İranın Cənubi Afrikadakı və Zimbabvedəki səfirlikləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması tələbini sosial mediada lağa qoyublar.
İranın Zimbabvedəki səfirliyi sosial media hesabında "Açarları itirdik" yazıb.
İranın Cənubi Afrikadakı diplomatik nümayəndəliyi mövzunu davam etdirərək "açarların gül qabının altında olduğunu" və Hörmüz boğazına girişin "yalnız dostlar üçün" açıq olduğunu yazıb.
Xatırladaq ki, aprelin 5-də Donald Tramp xəbərdarlıq edib ki, Tehrandakı "dəli alçaqlar lənətə gəlmiş Hörmüz boğazını" açmasa, Amerika qüvvələri İrandakı bütün körpüləri və elektrik stansiyalarını dağıdacaq.
Bundan əvvəl İran mümkün hücumlara cavab olaraq ABŞ və İsrail infrastrukturuna zərbə endirməklə hədələyib./azpolitika.info