SEPAH-ın Kəşfiyyat İdarəsinin rəhbəri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəisi Məcid Xademi öldürülüb.

Bu barədə "Tasnim" SEPAH-ın mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

General 2025-ci ilin iyununda Kəşfiyyat İdarəsinin rəisi təyin edilmişdi.

Əvvəlki rəhbər Məhəmməd Kazimi İsrailin zərbələri nəticəsində həlak olub.