Xameneinin varisi kim olacaq? - TRAMPIN ÜÇ NAMİZƏDİ VAR

ABŞ Prezidenti Donald Tramp İranın gələcək Ali Lideri postu üçün üç uyğun namizədin olduğunu bildirib.

O bu barədə “New York Times”a müsahibəsi zamanı qeyd edib.

Ağ Ev rəhbəri namizədlərin konkret adlarını açıqlamaqdan imtina edib.

Xatırladaq ki, İranın Ali Lideri Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin ölkəyə zərbələri zamanı öldürülüb. İran Ali Liderinin səlahiyyətlərini müvvəqqəti olaraq din xadimi Ayətullah Əlirza Ərafi icra edəcək.