Şamaxıdakı zəlzələdə dağıntı və xəsarət alan olub? – FHN-dən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.