ABŞ İranda genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
"Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır. İranın hərəkətləri ABŞ qoşunlarına və ölkəmizin xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı. Biz onların donanmasını tamamilə məhv edəcəyik", - deyə ABŞ lideri bildirib.