NARKOTİKLƏ ƏLAQƏDAR 27 NƏFƏR SAXLANILDI - 16 nəfərdə silah-sursat aşkarlandı + AUDİO

Aprelin 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki,  axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.