Avstraliyanın Melburn şəhərində xadimə kirayə mənzildə bir milyon dollardan çox dəyəri olan narkotik vasitələr, silah və partlayıcı maddələr aşkar edib.
Bu barədə News.com portalı məlumat yayıb.
Hadisə Melburnun Keylor-İst rayonunda baş verib. Qısamüddətli icarəyə verilən evdə çalışan xadimə gizli saxlanc yerinə rast gəlib və polisə məlumat verib. Otaqlardan birində qadağan olunmuş maddələr, partlayıcılar və silahlar tapılıb.
Mütəxəssislər nəzarətli partlayışlar həyata keçirərək qurğuları zərərsizləşdiriblər. Araşdırma zamanı məlum olub ki, mənzil bir neçə həftəlik icarəyə götürülüb. Hüquq-mühafizə orqanları həmin evin yaxınlığında tez-tez görünən ağ rəngli "Toyota Camry" markalı avtomobili axtarır.