Prezidentdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM

Hikmət Baba oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.

Stopnarkotik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun aprelin 17-də 60 yaşı tamam olur.