İranda avtobus gülləbaran edildi - ÖLƏNLƏR VAR

İranın Zahidan şəhərində naməlum şəxslər mədən işçilərini daşıyan avtobusu odlu silahlardan atəşə tutublar.

Stopnarkotik.az İran mediasına istinadən xəbər verir ki, silahlı insident nəticəsində 2 nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Zahidan şəhər polis rəisi hücum edənlərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görüldüyünü açıqlayıb.

Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat yoxdur.