Tehranda yenidən partlayışlar eşidilib. İsrailin hava zərbələrinin ikinci dalğasının başladığı bildirilir.
Bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər Tehran ərazisində təxminən 30 hədəfə zərbələr endirilib.
***10:35
İsrail dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbələr endirib.
Stopnarkotik.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.
“Nəticədə, yaxın vaxtlarda İsrail və onun mülki əhalisinə qarşı raket və PUA hücumu gözlənilir”, - o bildirib.
O, İsrailin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət elan edən xüsusi sərəncam imzalayıb.