Xırdalanda qətl hadisəsi baş verib - ARAŞDIRMA APARILIR

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, ərazidə bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.