Narkotiklə əlaqədar həbs olunmuşdu, yenidən "ilişdi" - MASALLIDA ƏMƏLİYYAT / FOTO + AUDİO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb

Faktla bağlı cinayət işi başlanılıb, C.Nurullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.