İsrail ordusui Tehranda yerləşən İran Kəşfiyyat Nazirliyinin qərargahına hava zərbəsi endirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Açıqlamaya əsasən, hücum nəticəsində İranın bir neçə yüksək rütbəli kəşfiyyat əməkdaşı həlak olub. Ölənlər arasında İsrail məsələləri üzrə kəşfiyyat nazirinin müavini Seyid Yəhya Həmidi də var.
Bildirilib ki, zərbə zamanı Kəşfiyyat Nazirliyinin casusluq şöbəsinin rəhbəri Cəlal Pur Hüseyn də həlak olub. Digər həyatını itirən şəxslərin kimliyi açıqlanmayıb.
İsrail tərəfi qeyd edib ki, ABŞ sanksiyaları altında olan İran Kəşfiyyat Nazirliyi ölkənin ən geniş imkanlara malik qurumlarından biridir və birbaşa ali liderin nəzarəti altında fəaliyyət göstərir.