Britaniyanın sabiq baş naziri Zelenskinin müşaviri oldu

Böyük Britaniyanın sabiq baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri olub.

Bu barədə "The Independent" nəşri məlumat yayıb.

Məlumata görə, Sunakın Zelenskinin işini dəstəkləmək üçün yaradılan Ukraynanın İqtisadi Bərpası üzrə Beynəlxalq Məsləhət Şurasında ödənişsiz vəzifə tutduğu bildirilir.

Qeyd olunur ki, o, Ukraynanın iqtisadiyyatının bərpası, müdafiə sektoruna investisiyaların cəlb olunması və qarşıdan gələn qış ərəfəsində enerji dayanıqlığının gücləndirilməsi istiqamətində dəstək göstərəcək./Musavat.com

**