Goranboyda 47 yaşlı kişi bıçaqlandı - SAXLANILAN VAR

Goranboyda 47 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.