"Zərərli vərdişlərə qarşı ən güclü silah məlumatlı olmaqdır” - FOTO

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli və Hamoşam kənd tam orta məktəblərində “Sağlam gələcək naminə narkomaniyaya YOX deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Stopnarkotik.az xəbər verir ki, RPŞ-nin rəisi polis polkovniki Azər Cəfərov narkotiklərin güclü fiziki və psixoloji asılılıq yaratdığını, bu vərdişin sonunun faciə ilə bitdiyini real faktlarla məktəblilərin diqqətinə çatdırıb, bu bəlaya qarşı maarifləndirmə işinin əhəmiyyətini vurğulayıb.

Diskussiya şəklində davam etdirilən tədbirlərdə məktəblilərin sualları cavablandırılıb.

Stopnarkotik.az