Ukrayna prezidenti Yermaka əvəzləyici tapıb

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinə yeni rəhbər təyin edib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, həmin posta Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov gətirilib.

Buna qədər nümayəndə heyətinə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak başçılıq edirdi.

Xatırladaq ki, noyabrın 28-də korrupsiyaya qarşı mübarizə orqanlarının əməkdaşları Yermakın mənzilində və ofisində axtarışlar aparıb. O, özü də bunu təsdiqləyib. Daha sonra Zelenski Yermakın istefa verdiyini açıqlayıb.