Baş konsulun qumar masasında çəkilən şəkli yayıldı - FOTO

“Türkiyənin Batumidəki baş konsulu Adnan Altay Altınörsün qumar oynayarkən çəkilmiş şəkli yayılıb”.

Stopnarkotik.az xəbər verir ki, CHP-nin İstanbul millət vəkili, sabiq səfir Namık Tan bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) XİN-in büdcəsi müzakirə edilərkən deyib.

O bildirib ki, yayılan şəkillərə görə Altınörs hətta cinayət təşkilatlarının təzyiqinə də məruz qalıb.

Millət vəkili iddia edib ki, diplomatların həyat yoldaşlarının maddi qazanc gətirən işlərdə işləməsinə ciddi məhdudiyyətlər olsa da, baş konsulun arvadı Batumidə gözəllik mərkəzi açıb:

“Baş konsul Altınörsün xanımı Kübra Altınörs Batumidə gözəllik mərkəzi açması bəs deyilmiş kimi, hələ Baş Konsulluğun xidməti avtomobillərindən də Ankara və Batumidəki salonları arasında mal daşınmasında istifadə edir”.

Qeyd edək ki, 53 yaşlı Adnan Altay Altınörs Orta Doğu Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirib, daha sonra Xarici İşlər Nazirliyində işə başlayıb. 2024-cü il oktyabrın 1-dən Türkiyənin Batumidəki baş konsulu təyin edilib.

**