Bir sıra ölkələrdə narkotik asılılarının daha ağır maddələr istifadə etməsinin qarşısı fərqli metodlarla alınır.
Stopnarkotik.az xəbər verir ki, bəzi ölkələr çıxış yolunu tibbi çətənə bitkisinin apteklərdə satışında görür. Bir sıra ölkələr isə “Metadon” terapiyası ilə kifayətlənir. Burada məqsəd narkotik aludəçilərinin daha ağır maddələrə əl atmasının qarşısını almaqdır.
Əlbəttə, narkotik vasitələr hər bir asılını istənilən an “kriminal alət”ə çevirir. Odur ki, narkotkin qarşısını almaq elə cinayətkarlığın da qarşısını almaqdır. Bu baxımdan, əksər ölkələr narkotikə qarşı mübarizəni həm də kriminal durumun nəzarətdə saxlanılması kimi qəbul edirlər.
Bəzi ekspertlər isə hesab edir ki, narkotik aludəçilərinin asılılıqdan xilas olma metodarından biri kimi çətənədən hazırlanmış qidaları alternativ kimi irəli sürmək olar. Ölkəmizdə bu fikrin tərəfdarı olan təhlükəsizlik üzrə mütəxəssis, “Azerkenaf” şirkətinin rəhbəri Rəşad Rzanın təkliflərini onun öz dilindən eşitmək daha maraqlı olar.
Stopnarkotik.az