Honq-Konqda baş verən yanğında ölənlərin sayı 83-ə çatdı - VİDEO / YENİLƏNİB

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb.

Bu barədə "Reuters" məlumat yayıb. .

Hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

***

Honq Konqda güclü yanğın nəticəsində itkin düşənlərin də sayı artıb.

Stopnarkotik.az xəbər verir ki, son rəsmi məlumata görə, ölü sayı 44 nəfərdir. İtkin düşənlərin sayı isə 300 nəfərdən çoxdur.

***

Honq Konqda çoxmərtəbəli yaşayış kompleksində bu gün günorta başlayan yanğının hələ də davam etdiyi bildirilir.

Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, son rəqəmlərə görə, yanğında biri yanğınsöndürən olmaqla, 36 nəfər həyatını itirib. 200-dən çox sakin hələ də yuxarı mərtəbələrdə köməksiz qalıb.

İki minə yaxın mənzilin yerləşdiyi yaşayış kompleksində 4 minədək insan yaşayır.