Rəşad Rza: “Bu gedişlə 20 il sonra Azərbaycanda kişi tapılmayacaq…”
“İndiki siqaretlərin tərkibində 5-6 cür zəhərli maddə var ki, həm geni dəyişir, həm kişilərdə kişiliyin pozulması gedir”
“Narkotik probleminin qarşısı dərhal alınmalıdır, yoxsa üç ildən sonra vəziyyət çox pis olacaq”
Dünyanı bürümüş narkomaniya bəlası Azərbaycandan da yan keçməyib. Əvvəllər narkotik aludəçiliyinə mübtəla olmuş insanlara nadir hallarda rast gəlinirdisə, indi durum tam əksinədir. Belə demək olarsa, narkomaniya ölkəmizdə sürətlə “çiçəklənir”, xüsusilə də gənclər və yeniyetmələr arasında.
Bəzi məlumatlara əsasən, Azərbaycana narkotik vasitələrin 95 faizi qonşu İrandan daxil olur. Maraqlıdır, ölkə daxilində narkomaniyaya qarşı ardıcıl mübarizə aparan müvafiq qurumlar “ağ ölüm” idxalının qarşısını elə sərhəddəcə niyə kəsə bilmirlər? Stopnarkotik.az saytı bu və digər suallara təhlükəsizlik üzrə ekspert Rəşad Rza ilə müsahibədə aydınlıq gətirməyə çalışıb.
- Rəşad bəy, bəzi informasiyalara əsasən, Azərbaycana daxil olan narkotik maddələrin 95 faizi İrandan gətirlilir. Bunun qarşısını almaq üçün tədbirlər görülür, amma bu tədbirlər yetərli deyil. Sizcə, səbəb nədir? İrandan narkotik axınının qarşısını nə üçün tam kəsmək olmur?
- Ümumiyyətlə, bu problemin iki cür həlli var: ya o problemin detalları həll olunur və aradan qaldırılır, ya da problemi törədən ünsürlər aradan qaldırılır. Bu, xəstəliklərdə, terror hadisələrində, bütün cinayətlərdə də belədir. Məsələn, belə deyək, bir cəmiyyətdə əgər cinayət baş veribsə, biz ya o cinayətkarı tutub həbsxanaya salmalıyıq, ya da araşdırmalıyıq ki, o cinayət niyə baş verdi? Yəni imkansızlıq üzündən, yoxsa cəmiyyətdə hansısa halların qaldırılmasından ötrü baş verdisə, o halları aradan qaldırmalıyıq. Xəstəlikdə də belədir, tutaq ki, bir adamın gözü, dişi ağrıyır, bir var gözü düzəldək, bir də var gözdə o fəsad nədən əmələ gəlib, onu tapaq. Məsələn, bu adamda şəkər xəstəliyi var, biz şəkər xəstəliyini müalicə etməliyik, gözü yox. Həmçinin, terror hadisəsində də bu cürdür. Məsələn, tutaq ki, bir terror hadisəsi baş verdisə, burada terrorizm araşdırılmalıdır. Burada mütəxəssis işləməli, hadisənin kökü araşdırılmalıdır. Buna deyilir - terrorizm, amma baş verən akta deyilir - terror aktı. Akt terror aktıdır, terrorizm isə bunun köküdür. Narkotik məsələsi də belədir.
Ümumiyyətlə, narkotiklər 1961-ci ildə BMT-nin qərarı ilə müəyyən olunub. Burada psixotrop maddələrin, narkotiklərin siyahısı yaradıldı. 1971-ci ildə bu təkrar olaraq təsdiqləndi.
Ölkəmizdə bunun istifadəsinə, bu dərəcədə çoxalmasına, daha çox İrandan daxil olmasına gəldikdə, bəllidir ki, narkotikin bol yeri Əfqanıstan, İran, ümumilikdə şərq tərəfdir. Bu, onunla bağlıdır ki, oraların iqlimi isti iqlimdir. Təbii ki, oradan da buraya gələcək, Rusiyadan gələsi deyil. Burada da Azərbaycan bir tranzit kimi istifadə olunur, Avropaya gedir. Azərbaycan tranzit ölkə olduğuna görə, daha çox yayğınlaşıb. Bu problemin detallarıdır. Amma problemin kökünü həll etmək üçün iki istiqamət var. Birincisi, maarifləndirmə. Ta əvvəldən, yəni məktəbdən maarifləndirmə başlamalıdır. Televiziyalar, yayım orqanları, jurnallar, saytlar, sosial blogerlər narkomaniyanın əleyhinə maarifləndirmə işi aparmalıdırlar. Çünki buna gənclər bilmədən, əyləncə üçün başlayırlar.
- Dəhşətli faktdır ki, narkotiklərlə tanışılıq artıq 12 yaşa düşüb…
-Bəli, bizdə Türkiyə təcrübəsi var. Türkiyədə narkomaniya məktəblərdən başlayır, bunun qarşısını artıq ala bilmirlər. Biz də artıq o istiqamətə gedirik. Bunun qabağı dərhal alınmalıdır, yoxsa üç ildən sonra vəziyyət çox pis olacaq. Məsələnin həllinin kökündə maarifçilik birinci istiqamətdir. İkinci istiqamət isə narkotiklərə tələbatın niyə olmasıdır. İnsanlar bunu niyə istifadə edir, buna niyə təlabat var? Bu təlabat ondan qaynaqlanır ki, azərbaycanlıların 90 faizində kannabinoid deyilən maddə çatışmır. Kannabinoid çatışmadığına görə, insan meylli olur ki, onu istifadə etsin. Bunun da kökü var. Biz Osmanlı, Səfəvi, rus arxivlərini araşdırmışıq. Şumer mənbələri yazır ki, bizim qonşuluqda Kuti dövləti var idi. Kutilərdə "kənaf" bitkisi var, onlar bu bitkini həm yeyər, həm geyinər, həm də istifadə edərdilər. "Kənaf" sözünü biz öz türk dilimizə çevirəndə o “yaşıl salxım” anlamına gəlir, ki, yaşıl salxım da bunlar çətənəyə deyirlər. Dünya dillərinə də bu bitkinin adı “kənaf” sözündən yayılıb - kannabis, konoplya, kenevir deyilir. Bu biktinin 5 min illik tarixi var. 1961-ci ilə qədər Azərbaycanda qanuni şəkildə Zaqatala, Quba, Lənkəran, Qarabağ, Gəncəbasar, İrəvan-bütün zonalarda əkilib. 1961-ci ildə ki, bu bitki BMT-nin psixotrop maddələr siyahısına salınıb, başalyıblar "kənaf"ın qabağını almağa. 1971-ci ildə isə tamamən qadağan olunub. Bununla da bütün dünyada yığışdırılıb və bütün dünyada narkotik adlandırılıb. Bir şey də qadağan olunduqdan sonra ona maraq oyanır və artıq qara bazara keçir. Biz hələ bunun təbiisindən danışırıq, hal-hazırda amfetamin, ekstazi kimi müəyyən kimyəvi maddələr var ki, həmin maddələri almağın yolu bu bitkidir. Məsələn, günəşli ölkəyik, amma azərbaycanlılarda D vitamini çatmır. Əhalimizin 98 faizində D vitamini çatışmazlığı var…
- Demək istəyirsiniz ki, bu btikinin tərkibində D vitamini çoxluq təşkil edir?
-Bəli, əlbəttə ki. Onun tərkibində D vitamini, Omeqa 3, Omeqa 6, Omeqa 9 və kannabinoid maddəsi var. Kannabinoid maddəsi xoşbəxtlik hormonunu açan maddədir. Həmin hormon açılmadığına görə, bizim gənclər xoşbəxtlik axtarır, mutluluq axtarır, enerji axtarır. Gənc məcbur olur həmin bitkini qeyri-qanuni yolla və tərs yöndən istifadə edir. Məsələn, biz qəndi çayla içmək istəyirik. Onun təyinatı nədir-çaya batırıb yemək. Biz götürüb qəndi yandıraq, tüstüsünü çəkək, əlbəttə, bu tərs effekt verəcək. Yaxud başımız ağrıyır, “baralgin” içirik. “Baralgin”i yandıraq, tüstüsünü çəkək, bu, əlbəttə, tərs effekt verəcək. Bu, hər şeydə belədir. Bu bitkidə də belədir: onun yağı, unu və südü çəkilməlidir. Qədimdə əcdadlarımız bu bitkini belə istifadə ediblər. Osmanlı arxivlərində birmənalı olaraq yazılıb ki, yağından, südündən və unundan istifadə olunub. Xalq da istifadə edib, əsasən də sultanlar. Kütləvi şəkildə. Azərbaycanda isə hamı istifadə edib. Yuxarı təbəqə də, aşağı təbəqə də. Və çox ucuz bir şey olub, hamı əkib. Sovet dövründə belə bu bitkinin qanuni şəkildə plantasiyaları əkilib. İnsanlar ondan bütün qidalarda istifadə ediblər. Onun toxumunda psixotrop maddə yoxdur.
-Deməli, əslində çətənənin ilkin variantında narkotik maddə yoxdur.
-Bəli, narkotik ora sonradan calaq olunub. Başına min cür oyun gətirilib, ondan psixotrop maddə yaradılıb və sonra gətirilib qara bazarda əhaliyə psixotrop maddə kimi təqdim olunur. Amma Türkiyədə biz bu məsələni 3 il bundan qabaq qaldırdıq. Üç dəfə dövlət başçısı ilə görüşdüm. Nəhayət ki, biz isbat edə bildik. Türkiyədə qanuni şəkildə əkildi, bu dəqiqənin özündə 21 bölgədə əkilir. İnsanlara kütləvi şəkildə təqdim olunur. Yəni bu da təkcə Türkiyə ya bizim üçün deyil, burada dünya təcrübəsi var - Avropa, Çin təcrübəsi var. Bu ölkələr 90-cı illərdən sonra bu hərəkata başladılar. BMT-nin kənd təsərrüfatı ilə bağlı olan FAO təşkilatı var. Bu təşkilat 1945-ci ildən sonra "çətənə çörəyi olsun" devizi ilə hərəkata başlayıb. Hələ o dövrdə hesablanıb ki, qıtlıq olacaq və xəstəliklər baş alıb gedəcək. Onlar bu günü hesablayıblar. Hal-hazırda qıtlıq başlayıb, xəstəlik də həddini keçmiş vəziyyətdədir. Azərbaycanda onkoloji xəstəliklərin siyahısını daha tutmurlar. Türkiyədə də hər on adamdan biri xərçəngdir. Bu da araşdırıldı ki, səbəbi nə olub? Məlum olub ki, 1961-ci ildə cətənə qadağan olunduqdan sonra insanlar onu istifadə etmədiklərindən, bu bitkidə olan kannabinoidlər heç bir bitkidə olmadığına və insanların orqanizminə o maddə getmədiyinə görə bədəndə şişlər yaranmağa başlayır, xərçəng əmələ gəlir. Xərçəng nədir: orqanizmdə olan hüceyrələr mərkəzi sinir sisteminə tabe olmur, o biri hüceyrələri də ətrafına toplayır, özbaşınalıq edirlər, bədəndə baş qaldırırlar. Bu, kannabinoidin bədənə getmədiyinə görə baş verir. Kannabinoid bədənə gedəndə o şişi həbs edir və ta ki, həmin şiş hüceyrəsi özü-özünü yeyənə qədər onu buraxmır. Kannabinoid güc strukturu kimidir. Şiş hüceyrəsi isə özü-özünü yeyir və məhv edir, buna otofaji deyilir. Bununla da bədəndə xərçəng sağalır.
İsrail dövləti 1948-ci ildə qurulanda ilk öncə "Çətənə institutu"nu qurdu. Bu günə qədər orada bu institut işini davam etdirir və bu günə qədər İsraildə xərçəng xəstəsi yoxdur. İngiltərə də BMT-nin qadağasına baxmadı və çətənə istifadəsinə davam etdi. İndiyə qədər də İngiltərə krallıq ailəsi çətənə yağını istifadə edir.
İndi gələk qadağaya. Necə oldu ki, bu xeyrili bitki narkotik elan edildi və qadağan edildi? 1900-cü illərdə dünyanın bir neçə güclü ailələri - Rotşildlər, DüPontların şirkətləri var idi. Onların birinin əlində neft sahəsi var idi, neftdən alınan sintetik yağlar, məhsullar istehsalına sahib idi. Birinin əlində meşələr var idi, o meşələrdən kağız istehsal edirdi. Üçüncüsü dərman sektoruna sahib idi. Əlində bir çix sintetik dərmanları var idi. Bu ailələrin qarşısını alan "kənaf" bitkisi idi. "Kənaf" bitkisi ağacları kəsməyə qoymurdu, çünki özü kağızı təmin edirdi. 25 ilə əmələ gələn ağacın verdiklərini kənab bitkisindən almaq olurdu. Kağız, karton daxil olmaqla ondan hər bir şey düzəltmək olurdu.
İkincisi, dərman sektoru inkişaf edə bilməz, çünki kənab xəstəliklərin 90 faizinin qarşısını alırdı, xəstəlik yoxdursa dərmana nə ehtiyac var?
Üçüncüsü, yağ məsələsi idi. Çünki çətənə yağı həm bio yanacaq idi, həm kosmetik məhsullarda, həm ətirlərdə istifadə olunurdu. Daha neftdən alınan sintetik yağlara ehtiyac yox idi. Buna görə birləşib, belə qərara gəldilər ki, bu bitkiyə qarşı təbliğat aparsınlar. Marixuana-Mariya-Juanna adlı iki əxlaqsız qadınla kişini gündəmə gətirdilər, dedilər ki, baxın bu iki şəxs çətənə istifadə edir, əxlaqsızdırlar. Bu təbliğat 1900-cü illərdən 1961-ci ilə kimi getdi. 60 il bu propaqanda getdi. Nəhayət, 1961-ci ildə çətənə “narkotik” adlandırılaraq psixotrop maddə kimi siyahıya salındı. 1900-cü ilə kimi çətənə Allahın insana göndərdiyi ən faydalı bitki hesab olunurdu, amma 61-ci ildə "narkotik” oldu. Bu qaralama hərəkatı 90-cı illərə qədər davam etdi. 90-cı illərdə araşdırmaçılar baxdılar ki, dünyanın neçə faiz ağac ehtiyatı qırılıb. Çünki əvvəl kağız çətənədən düzəldilirdi, indi ağacdan düzəldilir. Meşə ehtiyatı qırılıb. Bütün dünya okeanları plastik məhsullarla dolub. Əvvəl torbalar çətənədən hazırlanırdı və torpağa geri dönürdü. Amma plastik torba həll olunmur. Üçüncüsü, baxdılar ki, bu qədər xəstəlik var, bu qədər də aptek var, sonra təkrar çətnənin təbliğinə başladılar. Hal-hazırda 40 ölkədə çətənə ümumi şəkildə əkilir və ABŞ-da artıq yeni qərar çıxıb ki, bütün yeni restoranlar çətənədən istifadə etsin. Çünki bilirsiniz, bu ölkədə piylənmə xəstəliyi var. Restoranlar şərt qoydular ki, bütün yeməklərdə çətənənin ya yağı, ya unu, ya toxumu istifadə olunsun. Çətənə hormonal balansı tənzimləyir, kökəlmənin qarşısını alır.
-Demək, bizim bildiyimizdən fərqli olaraq çətənə bir möcüzəvi bitkidir…
- Bəli, xarici mənbələrdə çətənə barədə xəbərləri araşdırın. Bu, gizli deyil. Biz bununla bağlı dövlət qarşısında məsələ qaldırmışıq, Kənd Təsərrüfatı Nazirliyinə layihə vermişik. Biz dünyadan çox geriyə qalmışıq…
- Siz layihəni na zaman vermisiniz və hansı təklifləri irəli sürmüsünüz?
- Hardasa 6 ay bundan əvvəl layihəni İnnovasiya Mərkəzinə təqdm etmişəm. Çünki böyük ölkələri demirəm, Qazaxıstanla Özbəkistan bu məsələdə bizdən öndədir. Təklif irəli sürmüşəm ki, dövlət nəzarəti altında Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun ərazisində bu bitkinin toxumu araşdırılsın, yetişdirilsin, seleksiya aparılsın və Azərbaycanın öz toxumu yaradılsın. Məsələn, əkinə yararsız torpaqlar var, həmin torpaqlarda əkilsin. Çünki çətənə əkildiyi yerlərdə yararsız torpağı yararlı hala gətirir. Çətənə əkildiyi yerdə radiasiyanı təmizləyir, heç bir dərmana ehtiyac qalmır.
- Rəşad bəy, layihədə nəzərdə tutulub ki, çətənədən alınan məhsullar qidalara vurulsun?
- Təbii ki. Problem əkilməyindədir. Çətənənin satışı bizdə var. Xaricdən gətirilir. Marketlərdə yağı, unu, toxumu satılır. Məsələn, "Port Baku"da mən rast gəlmişəm, "Göy Məscid"lə üzbəüz italyan marketi var, orada yağı, unu, sıyığı satılır. Biz məsələ qaldırandan sonra oyanış getdi, dedik ki, əkməyə qoymursunuz, heç olmasa icazə verin məhsullar gətirilsin, insanlar qırılıb-gedir, istifadə etsinlər. Deyəsən böyük həcmli "Bravo" marketlərində də çətənənin məhsulları satılır. Artıq bir-iki ilə kütləvi şəkildə satılmalıdır, köklü şəkildə həll üçün də əkilməlidir. Çünki xaricdən baha qiymətə gətirilir.
- Sizcə, çətənənin əkilib qidalara qatılmasından sonra onun marixuana, heroin şəklində qara bazarlarda qeyri-leqal satışının qarşısı alınacaqmı?
-Bəli, 80-90 faiz bütün ailələr leqal formada qida şəklində bunu alsalar, artıq uşaqlar narkotikə meylli olmaycaqlar. Çünki təlabat ödənəcək. Təlabat ödənəndən sonra insan niyə gedib qara bazardan bu məhsulu tərs yolla istifadə üçün əldə etsin? Yəni artıq bu maddə orqanizmdə varsa, niyə gedib narkotik çəksin? Məsələn, insanlar niyə siqaret çəkir? Siqaret də bir oyundur. Narkotikin başında siqaret gəlir.
- Maraqlıdır, sizcə, insan siqaret çəkməyə niyə ehtiyac duyur?
-Çünki insan bədəni nikotin ifraz edir və nikotinin ifrazının zəifləməsi ilə insan onu kənardan almaq istəyir. Bir-iki dəfə siqaret iyi duyan insan hiss edir ki, o da təcrübə etmək istəyir, çünki onda nikotin çatmır. Bir-iki dəfə siqaret dadandan sonra insan görür ki, nikotin onu doyurur.
- Hələ Sovetdən əvvəl də, Sovet vaxtında da insanlar tütün və tənbəki çəkirdilər…
-O zamankı tütün və tənbəki təmiz idi. Amma indiki siqaretlərin tərkibində 5-6 cür zəhərli maddə var ki, həm geni dəyişir, həm kişilərdə kişiliyin pozulması gedir. Görün Azərbacanda vəziyyət necədir? Bu gedişlə 20 il sonra Azərbaycanda kişi tapılmayacaq. Gen dəyişilir. Bu, bizə qarşı yönəlmiş Yaxın Şərq siyasətidir.
- Kişilərin kökünü kəsmək mənasında?
-Bəli. Türk milləti döyüşkən olub. Kişilik yüksək olmalıdır ki, o döyüşə bilsin.
- Rəşad bəy, siz bu problemlərə çox dərindən yanaşdınız. Məsələnin köklü həll yollarını göstərdiniz...
-Bunlar milli təhlükəsizlik məsələləridir. Mən özüm milli təhlükəsizlik mütəxəssisiyəm, Türkiyədə uzmanlaşmışam. Mənim elmi işim də sırf bu mövzulardır, ona görə məsələlərin kökü ilə dərindən məşğul olmalıyıq. Kim kimi vurdu, kim narkotik keçirdi, bunlar güc strukturlarının işidir, biz bu məsələnin köklü həlliylə məşğul olmalıyıq.
- Biz görürük ki, polis, gömrük, sərhəd xidməti və s. qurumlar narkotikə qarşı mübarizədə səfərbər olublar. Demək olar ki, hər gün ölkədə külli miqdarda narkotik ələ keçirilir, narkotik alverçiləri də həbs olunur. Amma sanki narkomaniya daha da vüsət alır. Biz xarici ölkələrə baxdıqda oradakı mübarizəni də görürük. Məsələn, ABŞ Meksikadan gələn narkotik axınının qarşısını almaq üçün sərhəddə divar tikdi. Bizdə də mübarizə gedir, amma belə çıxır ki, güc stukturları da bunun qarşısını ala bilmir...
-Təbii ki, ala bilməz. Təlabat varsa, bunun qarşısını ala bilməz. Təlabatın önü kəsilməlidir. Tələb haradan yaranıb, müalicə olunmalıdır. Mən bu məsələyə xəstəlik kimi baxıram. Məsələn, erməni xalqı xəstədir. Onların dürüst olan alimləri var. Həmin alimlər yazırlar ki, erməni xalqı müalicə olunmaqdan ötrü ilk öncə öz xəstəliyini qəbul etməlidir ki, bizim xalq xəstədir, təkəbbürlüdür. Yoxsa mümkün deyil, erməni xalqı qırılacaq, yer üzündə qalmayacaq. Biz də qəbul etməliyik ki, narkomaniya bir xəstəlikdir. Biz onlara cinayətkar kimi yox, xəstə kimi baxmalıyıq. Biz onu müalicə etməliyk.
- Belə hallara rast gəlirik ki, narkotik alverçilərini polis və digər qurumlar tutur, məhkəmə açıb buraxır. Sizcə, burada rüşvət faktoru varmı? Nəyə görə bu vəziyyət yaşanır?
-Təbii ki, rüşvət faktoru ola bilər. Görürsünüz, məmurlar təmizlənir, araşdırılır, rüşvət alanlar, boşluq edənlər həbs olunur. Burada da rüşvət faktoru ola bilər, tanış-tapşırıq da ola bilər. Hər bir şey ola bilər. Bunlar xırda detallardır, məsələnin köklü həlli deyil. Nə qədər bizə xəstəliyi müalicə etməsək, o davam edəcək.
-Bəzi məlumatlara görə, həbsxanalarda da narkomanaların sayı və narkotik dövriyyəsinin həcmi xeyli çoxdur...
-Bəli, çoxdur. Adicə mən Gürcüstan həbsxanalarından məlumat alıram ki, çox ciddi nəzarət var. Bir qəpik də rüşvət yoxdur. Narkomanı həbsxanaya salırlar, heç bir şey istifadə etmir, çünki buna şərait yoxdur.
-Bəs bizdə niyə həbsxanalarda narkomaniyaya şərait var?
-Bizdə bu şərait var, ona görə də narkomaniya yayılıb, artıb. Ciddi nəzarət olunsa, qabağı kəsilər.
- Əgər insan həbsxanaya narkotiklər ucbatından düşürsə, orada da narkotik istifadəsinə şərait yaradılırsa, həmin adamın islahı və narkotik dövriyyəsinin qarşısının alınması üçün hansı uğurlu mübarizədən danışmaq olar?
-Elədir. Burada yenə də rüşvət faktoru var. Dostluq var, tapşırıq var. Bu onun adamıdır, o bunun adamıdır - belə şeylər var, ona görə də artır.
-Amma Gürcüstanda durum fərqlidir…
-Bəli, Gürcüstanda buna çox ciddi nəzarət var. Düzdür, yox dərəcəsində deyil. Hansı şəxslər ki, xəstədir, onlar dövlət xətti ilə narkotiklə təmin olunurlar. Bizdə də sovet vaxtı elə idi. İndi də siyahıda olan xəstələr var. “Semaşko” xəstəxanasında xəstələr dərmanla (metadon) təmin olunurlar. Amma bizdə vəziyyət nəzarətdən çıxıb. Bu ya sistematik həll olunmalıdır - xəstələr aşkarlanmalıdır, müalicəyə cəlb olunmalıdır, maddəsi verilməlidir... Amma yenə də təbii maddəyə doğru gedilməlidir. Onlar "kənaf” bitkisindən alınan dərmanlarla müalicə olunmalıdır ki, bir daha əvvəlki narkotiklərə qayıtmasınlar. Yenə də məsələnin kökünə - qidaya gəlirik. Çətənə məhsullarının qidası bütün qidaların tərkibində verilsə, narkomaniyanın qarşısı 90 faiz alınar.
- Sizcə, bu zaman gündəmə sintetik narkotik girməyəcək?
- Bəli, girməyəcək. Çünki bizim orqanizmimizdə təbii şəkildə nikotin də, kannabinoid də var, sadəcə onu təbii yolla açmaq lazımdır. Siqareti də atandan sonra bitkilərdən istifadə olunmalıdır. Müəyyən bitkilər var ki, onun tərkibində nikotin var, yaxud nikotin olmasa da bədəndəki nikotinin açılmasına yardımçı olur. Məsələn, o bitkilər çay kimi içilməlidir. Bitkilərdən təyinatı üzrə istifadə etmək lazımdır ki, kənardan süni maddələri almağa ehtiyac olmasın. Məsələn, enerji içkiləri olsun, alkoqollu içkilər olsun, meyvələrin içində spirt var, alkoqola ehtiyac yoxdur. Elə bir şey olarmı ki, insan naqis olsun... Allah lazım olan şeyləri özü yaradıb, insanın ixtiyarına buraxmayıb. Spirt almaq üçün üzümü qıcqırtmaq lazım deyil, üzüm yemək lazımdır.
Stopnarkotik.az