Məktəblilərə narkomaniyanın zərəri haqda məlumat verilib

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bəydili kənd tam orta məktəbində narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Stopnarkotik.az xəbər verir ki, RPŞ-nin rəisi polis polkovniki Nəsib Məmmədov çıxışında bildirib ki, narkomaniya insanı həm fiziki, həm də mənəvi cəhətdən məhvə aparan ən təhlükəli asılılıqlardan biridir.

Şöbə rəisi çıxışı zamanı, həmçinin erkən nikahın yeniyetmələrin təhsil, sağlamlıq və digər hüquqlarını məhdudlaşdıran ciddi sosial problem olduğunu vurğulayıb, eləcə də internet mühitində mövcud olan kibertəhlükələr barədə məktəblilərə ətraflı məlumat verib.