Ermənistanda kilsə mənsublarının bütün qara işləri ortalığa tökülür. Və bu çərçivədə kilsə işçilərinin qeyri-leqal narkotik satışında əli olduğu ifşa edilib.
Bu kontekstdə Erməni Apostol Kilsəsinin Müqəddəs Eçmiədzin kilsəsinin qəbul otağında vətəndaşın çantasına marixuana atılması ilə bağlı cinayət işini aşkar edib və araşdırıb.
Görülən istintaq nəticəsində müəyyən edilib ki, Eçmiədzin kilsəsinin dəftərxana rəhbəri Samvel ləqəbi Arşak Xaçatryan tabeliyində olan kilsə işçisi diakon və kimliyi məlum olmayan şəxslə razılığa gəlib. 7 iyul 2018-ci ildə onlar əlbir olaraq “yeni Ermənistan, yeni katolikos” aksiyasının iştirakçısının çantasına yerləşdiriblər. Arşak Xaçatryanın tapşırığı ilə dəftərxananın katibi mobil telefonla marixuananı verəcəyi şəxsin qəbul otağında asılmış bel çantasının şəklini çəkib və şəkli Viber tətbiqi vasitəsilə A.Xaçatryana göndərib. Daha sonra onlar narkotik maddəni aksiyaçı şəxsin bel çantasına atıblar.
Bundan sonra Arşak Xaçatryanın tapşırığı ilə daikon Vaqarşapat polis şöbəsinə zəng edərək şübhəli əşyaların olması ehtimalını bildirib. Etiraz iştirakçıları eyni zamanda çantanın şəklini polisə göndəriblər. Axtarış zamanı polis əməkdaşları aksiyaçı şəxsin çantasında marixuana aşkar ediblər.
Bu məsələ ilə bağlı 4 dekabr 2025-ci ildə istintaq orqanı Arşak Xaçatryana qarşı dövlət ittihamının başlanması üçün nəzarətçi prokurora vəsatət verib.
Stopnarkotik.az