Biləsuvarda yol qəzası baş verib

Biləsuvarda 11:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın, 2-si kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Stopnarkotik.az