Narkobaronun qardaşı oğulları öldürüldü

Məşhur narkobaron Rafael Karo Kinteronun qardaşı, "El Kadete" ləqəbli Sahid Kinteronun qohumları  Xuan Pablo və Emilio Kintero Plaza Arkana ticarət mərkəzində güllələnərək öldürülüblər.

Sahid Kintero 2018-ci ildə könüllü olaraq ABŞ hakimiyyətinə təslim olub, amerikalılarla razılığa gəlib və 2022-ci ildə "ev dustaqlığı" formasında azadlığa buraxılıb. Lakin şayiələr onun Meksikaya qayıdıb narkoticarətə qayıtdığını və “Kaborka Karteli”nə rəhbərlik etdiyini göstərir.

Həmçinin, öz qardaşı Rafa Kinteronu amerikalılara təslim edənin də onun olduğu barədə şayiələr var.

Stopnarkotik.az