Narkotik mafiyasını himayə edən prezident Trampdan 200 milyon dollar TƏLƏB EDİR

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampdan "istefa razılaşması" çərçivəsində 200 milyon dollar və siyasi sığınacaq istəyib.

Bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, Venesuela prezidenti istefa verib ölkəni tərk etməsi qarşılığında şəxsi sərvətindən 200 milyon dolları özündə saxlamağı, vəzifəli şəxsləri əfv etməyi və dost ölkədə ona sığınacaq verməyi amerikalı həmkarından istəyib.

Qeyd edək ki, noyabrın sonu iki lider arasında telefon danışığı baş tutub.