Abşeron polisi Bakı sakinini saxladı - ONDAN KÜLLİ MİQDARDA NARKOTİK VƏ TAPANÇA GÖTÜRÜLDÜ

Abşeron polisi şübhəli şəxsi saxlayıb.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, rayonun polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Vüsal Baxşıyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 17 qrama yaxın metamfetamin, 32 qramdan artıq marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə 90 qramdan çox metamfetamin, 635 qram marixuana və bir ədəd tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılır.