Keçmiş məhbus yenidən narkotiklə yaxalandı - SUMQAYITDA ƏMƏLİYYAT

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Musayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, ondan 5 qrama yaxın metamfetamin aşkar edilib. 
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 24 qramdan artıq heroin, 420 qramdan çox metamfetamin, 38 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. 
Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az