ÖTƏN GÜN NARKOTİKLƏ ƏLAQƏDAR 25 NƏFƏR SAXLANILIB - Rəsmi açıqlama

Axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.