Sentyabrın 9-da Binəqədi rayonu ərazisində bir nəfərin bank kartının oğurlanması və həmin kartla alış-veriş olunması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.